Polşa Rusiyaya nota verdi: Kaçinskinin olduğu təyyarə...

Polşa Rusiyaya nota verdi: Kaçinskinin olduğu təyyarə...

Polşa Xarici İşlər Nazirliyi Rusiyaya nota verib.

Axar.az xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyi məlumat yayıb.

Rəsmi Varşava Rusiyadan 2010-cu ildə Smolensk yaxınlığında qəzaya düşən və içində Prezident Lex Kaçinskinin olduğu Tu-154M təyyarəsinin qalıqlarının qaytarılmasını tələb edib.

Notada heç bir beynəlxalq hüququn Rusiyanın əlində təyyarə qalıqlarını saxlamağa imkan vermədiyi bildirilib.

Qeyd edək ki, Tu-154M 2010-cu ildə Smolenskdə qəzaya düşüb. Qəza nəticəsində Polşa Prezidenti Lex Kaçinski də daxil olmaqla, təyyarədəki 96 nəfərin hamısı həlak olub.

Mənbə: axar.az