Nazirlik hamını koalalar kimi yaşamağa səslədi - Foto

Nazirlik hamını koalalar kimi yaşamağa səslədi - Foto

Ekologiya və Təbii Sərvətlər Nazirliyi karantin günlərində koala kimi yaşamağı məsləhət görür.

Axar.az xəbər verir ki, nazirlik bununla bağlı rəsmi Feysbuk hesabında məlumat da paylaşıb.

Nazirliyin evdə qalmağa təşviq edən bu addımı maraqla qarşılanıb.

Məlumatda qeyd edilib ki, evkalipt ağaclarında yaşayan koalalar lazım olmadıqca yerlərini tərk etmir, digər koalalarla tez-tez təmas qurmurlar. Həyatlarını təcrid edilmiş formada yaşayırlar. Bu baxımdan nazirlik bu günlər ərzində hamını “koalalar kimi” həyat sürməyə çağırıb.

Mənbə: axar.az