İcra Hakimiyyətinin təşəbbüsünə qoşulanlar artır - Gəncədə - FOTOLAR

İcra Hakimiyyətinin təşəbbüsünə qoşulanlar artır - Gəncədə - FOTOLAR

Son zamanlar bəşəriyyəti ciddi narahat edən yeni növ koronavirusun ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində görülən işlər, təxirəsalınmaz tədbirlər həyata keçirilən siyasətin mərkəzində məhz vətəndaşların rifahı və mənafeyinin dayandığını bir daha təsdiq edir. Kəpəz Rayon İcra Hakimiyyətində Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejimi qaydalarının və eyni zamanda “evdə qal!” çağırışının təmin olunması məqsədi ilə Gəncə Şəhər İcra Hakimiyyəti Başçısı Niyazi Bayramovun təşəbbüsü ilə aztəminatlı ailələrə yardım paylanılıb.

Kəpəz rayon İcra Hakimiyyəti və Kəpəz Rayon Bələdiyyəsi tərəfindən həyata keçirilən aksiya çərçivəsində ümumilikdə mindən çox ərzaq bağlamaları paylanılması nəzərdə tutulub. Aksiya çərçivəsində Gəncə şəhərində müəyyən olunmuş siyahı əsasında aztəminatlı ailələrə və 65 yaşdan yuxarı tənha və ehtiyacı olan şəxslərə ərzaq məhsullarından ibarət yardım sovqatları öz evlərində təqdim olunub.

Ərzaq yardımı alan vətəndaşlar xüsusi karantin rejimi günlərində onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Cebhe.info

 

 

Mənbə: cebhe.info