90 yaşlı qadın koronavirusa necə "qalib gəldi"? — Maraqlı fakt - VİDEO

90 yaşlı qadın koronavirusa necə "qalib gəldi"?  — Maraqlı fakt - VİDEO

ABŞ-da 90 yaşlı Nyu-York sakini koronavirusa “qalib gəlib”.

“Ölkə.Az” xəbər verir ki, Anna Fortunato adlı qadın mart ayının əvvəli özünü pis hiss edib, lakin bunun adi soyuqdəymə olduğunu düşünərək, əhəmiyyət verməyib. Daha sonra vəziyyəti ağırlaşan qadın təcili olaraq xəstəxanaya yerləşdirilib.

Edilən testlər zamanı onun koronavirusa yoluxduğu ortaya çıxıb. 90 yaşlı xəstənin xroniki astma xəstəliyi olduğu üçün vəziyyəti daha da ağırlaşıb.

2 həftə xəstəxanada müalicə alan Fortunato sağalaraq, evə buraxılıb. Maraqlısı isə müalicə dövründə onun malyariya əleyhinə olan “Hidroksixlorixin” preparatını qəbul etməsi olub. Anna bu dərmanının sayəsində qorxulu virusdan xilas olub.

Ölkə.Az

Mənbə: olke.az