Koronavirus fonunda Trampın reytinqi YÜKSƏLİR

Koronavirus fonunda Trampın reytinqi YÜKSƏLİR

Koronavirus pandemiyası fonunda prezident Donald Trampın reytinqi inauqurasiya mərasimindən sonra ən yüksək səviyyəyə çatıb.

Modern.az xəbər verir ki, FOX telekanalının aprelin 4-dən 7-nə qədər keçirdiyi rəy sorğusuna əsasən, Trampdan razı olan olan amerikalılar 49%-ə çatıb. 2017-ci ildə analoji reytinq 45%, 2019-cu ildə isə 48% təşkil edirdi.

Amma daha 49% amerikalı Trampın prezident kimi fəaliyyətindən narazılıq ifadə edib, 2% rəyi soruşulan isə susmağa üstünlük verib.

Hazırda 1,6 milyondan çox koronaviruslu xəstənin 470 mini ABŞ-ın payına düşür.

Mənbə: modern.az