Koronavirus bəzi MDB dövlətlərinin Rusiyadan asılılığını artıracaq – PROQNOZ!

Koronavirus bəzi MDB dövlətlərinin Rusiyadan asılılığını artıracaq – PROQNOZ!

Koronavirus bəzi MDB dövlətlərininRusiyadan asılılığını artıra bilər.

Moderator.az xaricimediaya istinadən xəbər verir ki, buna səbəb bir sıra dövlətlərin koronavirusprobleminin öhdəsindən gəlməkdə açıq-aydın çətinlik çəkməsi, bu məqsədlə dəRusiyadan kömək xahiş etmələridir.

Mütəxəssislərin fikrincə, Rusiyanın koronavirusla mübarizə çərçivəsindəistər MDB dövlətəri, istərsə də Avropa ölkələrinə etdiyi yardımlar onun bu ölkələrdəkinüfuzunun artmasına, Rusiyanın “böyüklüyünün yenidən dərk olunmasına” səbəbolur. Ekspertlərin qənaətincə, bu günə qədər Rusiya ilə müəyyən ziddiyyətləriolan Belarusun koronavirus təhlükəsi qarşısında Kremldən kömək istəməsi, İtaliyavə digər ölkələrə edilən yardımlar fonunda başqa Avropa dövlətlərinin də köməkməqsədi ilə Rusiyaya üz tutması kifayət qədər geniş bir coğrafiyanın Rusiyasızkeçinməkdə çətinlik çəkdiyini göstərir. Bu səbəbdən də Rusiyanın göstərdiyihumanitar köməkliklərin ona həmin ölkələrlə münasibətdə siyasi üstünlüklərqazandırdığı Kremlin əsas uğurlarından biri kimi qiymətləndirilməkdədir.

Bundan başqa, ekspertlərinfikrincə, hətta koronavirus təhlükəsi bitəndən sonra da bir sıra ölkələrinRusiyadan asılılığı davam edəcək. Çünki post-koronavirus dönəmi məhv olaniqtisadiyyatların yenidən bərpası məsələsini gündəmə gətirəcək ki, bu isə böyükvəsaitlər, uzunmüddəti kreditlər və s. tələb edir. Belə olan təqdirdə bəzi MDBdövlətlərinin yenidən Rusiyanın qapısını döyəcəyi istisna edilmir.

Məlumat üçün qeyd edəkki, Azərbaycan koronavirusla mübarizəni öz imkanları çərçivəsində həyatakeçirir və bu məsələdə hər hansı dövlətdən, yaxud beynəlxaql təşkilatdanasılılığı yoxdur. Əksinə, ölkəmiz koronavirusdan əziyyət çəkən bir sıra dövltəərəyardım göstərib ki, bu da Azərbaycanın xeyirxah niyyətindən, humanistliyindən xəbərverir.

Mənbə: moderator.az