Kraliçanın dodaq boyasının SİRRİ

Kraliçanın dodaq boyasının SİRRİ

Böyük Britaniya kraliçası II Yelizavetanın sirri ortaya çıxıb. Koronavirus pandemiyası ilə əlaqədar xalqına müraciət edən zaman kraliçanın narıncı dodaq boyasından istifadə etməsi aydın olub. Məlum olub ki, II Yelizaveta xalqda mənəvi ruhu yüksəltməsi üçün dodağını narıncı rənglə boyayıb.

Cebhe.info xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.

Ekspertin sözlərinə görə, kraliça, əsasən, çəhrayı rəngdə dodaq boyasından istifadə edir. Bu səbəbdən də onun bu dəfə narıncı rəngdən istifadə etməsi məqsədli olub, həmin zaman geydiyi libasın yaşıl rəngdə olmasının da mənası olub, çünki bu rəng sakitəşdirici xarakter daşıyır.

Qeyd edək ki, kraliça Vindzor qalasından etdiyi müraciətdə xalqını hazırkı durumda nizam-intizama, "Evdə qal" çağırışına əməl etməyə çağırıb.

Sevinc Tapdıqqızı
Cebhe.info

 

 

Mənbə: cebhe.info