Kim Çen In koronavirusa meydan oxudu

Kim Çen In koronavirusa meydan oxudu

Eastnews.org-un verdiyi xəbərə görə, Şimali Koreyada ölkə lideri Kim Çen Inın iştirakıyla hərbi təlim təşkil olunub.

Bu barədə ölkənin rəsmi informasiya agentliyi KCNA xəbər verib.

Xərbərdə təlimin kiçikmiqyaslı olduğu və ölkənin müdafiə gücünü artırmaq məqsədilə keçirildiyi bildirilib.

Təlimdə ölkə lideri Kim Çen In da iştirak edib. Bütün dünyada "COVID-19" pandemiyasının tüğyan etdiyi bir vaxtda Kimin tibbi maska belə taxmadan hərbi təlimdə iştirakı diqqətdən yayınmayıb. Kimin bu davranışı yeni növ koronavirusa meydan oxuması kimi şərh edilib.
Qeyd edək ki, Şimali Koreya ərazisində yeni növ koronavirus "COVID-19" pandemiyasının yayılmadığını israrla bildirir.

Mənbə: CNN

Mənbə: eastnews.org