Yarım milyard insanın yoxsullaşa biləcəyi barədə xəbərdarlıq edildi

Yarım milyard insanın yoxsullaşa biləcəyi barədə xəbərdarlıq edildi

Eastnews.org-un verdiyi xəbərə görə, beynəlxalq təşkilat olan OXFAM "Yoxsulluq deyil, izzətli yaşayış" adlı hesabat yayıb.

Hesabatda vurğulanır ki, koronavirus pandemiyası ilə bağlı inkişafda olan dövlətlərə təcili olaraq yardım edilməlidir.

"Əgər dövlətlər bir-birilərinə yardım etməsələr dünyada 500 milyon insan yenidən yoxulluğa tərk olunacaq. Bu əsl faciə olaraq tarixə keçəcək", - deyə hesabatda diqqətə çatdırılıb.

OXFAM hesab edir ki, dövlətlər hər kəs üçün iqtisadi paket üzərinə razılığa gəlməli və tətbiq etməlidirlər.

Mənbə: Parstoday

Mənbə: eastnews.org