Mayis Səfərli: “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının video sammitinin beynəlxalq əhəmiyyəti var”

Mayis Səfərli: “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının video sammitinin beynəlxalq əhəmiyyəti var”

"Bu gün, koronavirusun bütün dünyada təhlükəli bir durum yaratdığı vaxtda, Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə keçirilmiş Türk Şurasının videokonfransı son dərəcədə önəmli bir hadisə oldu". Bunu "Olaylar"a deyən Yurddaş Partiyasının sədri Mayis Səfərlinin sözlərinə görə, bu tədbir hazırkı şəraitdə- gözəgörünməz ölümsaçan düşmənə qarşı mübarizə dönəmində də türk dövlətlərinin qardaşlığını, həmrəyliyini bir daha sübut etdi: "Birlik, bərabərlik atmosferində keçən videogörüşdə bu mötəbər quruma üzv dövlətlərin hamısının ən yüksək səviyyədə təmsil olunması, bu ümumi bəladan xilas olmaq üçün bütün səylərin birləşdirilməsinin son dərəcədə vacib olduğunu təsdiqlədi. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının bu fövqaladə video sammitinin, həmçinin, böyük beynəlxalq əhəmiyyəti vardır. Belə ki, orada aparılan müzakirələr göstərir ki, türkdilli dövlətlər təkcə öz ölkələrinin əhalisinin qayğısına qalmırlar, onlar bütün bəşəriyyəti bu təhlükədən xilas etmək üçün səylərini birləşdirməyə hazırdırlar. Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adxan Gebreyesusun da bu videokonfransa qatılması, sözü gedən Zirvə görüşünün bütün dünya xalqları üçün böyük əhəmiyyət kəsb etdiyinin təsdiqidir. Türkdilli Dövlətlərin Sammiti ilə bağlı diqqət çəkən məsələlərdən biri bu oldu ki, ÜST rəhbəri Azərbaycan hökumətinə və xalqına koronavirusla bağlı mübarizədə bütün dünya çapında verdiyi töhfəyə görə xüsusi təşəkkür etdi".

Mənbə: olaylar.az