Paşinyan Qarabağdakı mitinqinin təşkilatçılarını ləkələməyə çalışır

Paşinyan Qarabağdakı mitinqinin təşkilatçılarını ləkələməyə çalışır

Erməni mətbuatı yazır ki, məlum olduğu kimi, 31 martda işğal altında olan Qarabağda qanunsuz “seçkilər” keçirildi. Ən çox səs toplayan iki “namizəd” Arayik Harutyunyan və Masis Mailyan ikinci tura keçib. Qeyd edək ki, Harutyunyan, Demokrat Partiyası və Daşnaksütun ilə birlikdə səs çoxluğuna malikdir. Hal-hazırda, Qarabağda “seçki”dən sonrakı dövrdə kifayət qədər mürəkkəb hadisələr baş verir. “Seçkilər” zamanı kifayət qədər çox səs toplayan İnqilabçı Partiya bu yaxınlarda vəziyyəti süni şəkildə gərginləşdirmək üçün Xankəndi şəhərinin küçələrində etiraz mitinqi keçirməyə çalışıb.
“Past” nəşrinin Qarabağdakı mənbəyinə istinadən verdiyi məlumata görə, guya etiraz aksiyası Ermənistan hökumətinin sorospərəst qanadının təşəbbüsü ilə həyata keçirilib. Mitinq Paşinyanın ürəyincə olmasa da, qarayaxma onun ürəyincədir.
Nəşrin yazdığına görə, hazırkı vəziyyətdə Paşinyan vəziyyətin gərginləşməməsi üçün hadisələrin inkişafını istənilən yolla idarə etməyə çalışır. Bu həm də ona görədir ki, Paşinyan Qarabağdakı “seçkilər”in nəticələrini qəbul edir və bunu bir neçə dəfə bəyan edib. Arayik Harutyunyanın əldə etdiyi nəticələr onu tam qane edir.
Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az