“Azərbaycan üçün arzuolunan cavabı təmin etmiş ölkələrin sayı əhəmiyyətli dərəcədə artıb”

“Azərbaycan üçün arzuolunan cavabı təmin etmiş ölkələrin sayı əhəmiyyətli dərəcədə artıb”

“Azərbaycan üçün arzuolunan cavabı təmin etmiş ölkələrin sayı Qarabağda baş tutan əvvəlki “seçkilər”lə müqayisədə əhəmiyyətli dərəcədə artıb”. Ordu.az xəbər verir ki, bunu erməni siyasi analitik Karen Bekaryan öz “Facebook” səhifəsində yazıb.
O qeyd edib ki, beynəlxalq qurumlara gəlincə, vəziyyət Ermənistan üçün təsəlliverici deyil.
“Məsələn, Qoşulmama Hərəkatının reaksiyası. Hazırda vəziyyət dəyişmir, ATƏT Parlament Assambleyasının rəsmi saytında ATƏT PA Bürosunun uzaq qaydada həyata keçirilmiş görüşü ilə bağlı yerləşdirilmiş məlumat buna sübutdur.
Məlumatda qeyd edilir: “ATƏT PA Bürosunun üzvləri koronavirus böhranının insan hüquqlarını məhdudlaşdırılması üçün istifadə olunmamalı olduğunu vurğulayıblar və qeyd ediblər ki, beynəlxalq şəkildə tanınmamış Dağlıq Qarabağ və Abxaziyadakı son “seçkilər” legitim deyildi, ictimai sağlamlığa təhlükəni böyüdə bilərdi”.
Həmçinin qeyd edək ki, hazırda ATƏT PA-nın nəşrinə Ermənistan XİN və ya ən azından müvafiq parlament heyəti tərəfindən heç bir cavab yoxdur”, - deyə erməni siyasi ekspert bildirib.
Alpər Mövludoğlu
Ordu.az 

 

Mənbə: ordu.az