Millət vəkili Eldar Quliyev daha 100 ailəyə yardım etdi

Millət vəkili Eldar Quliyev daha 100 ailəyə yardım etdi

28 saylı Sabunçu üçüncü seçki dairəsindən Milli Məclisin deputatı Eldar Quliyev karantin rejimi dövründə seçicilərinə yardim kampaniyasını davam etdirir.

Modern.az xəbər verir ki, deputat bu gün daha 100 ailəyə ərzaq sovqatı yardım edib. Bundan öncə isə 150 ailəyə köməklik məqsədilə yardım edilib.

Deputat yardim kampaniyasınin gələn həftə də davam etdiriləcəyini bildirib.

Millət vəkili Eldar Quliyev çağırış edərək hər zaman dövlət başçısının yanında olduğunu deyib:

"Hesab edirəm ki, hər kəs prezident İlham Əliyevin çağırışına qoşulmalıdır. Vətəndaşlarımızın sağlamlığı bizim üçün çox vacibdir. Ona görə də özümüzü qorumalıyıq".

Deputat Bakı kəndlərinin karantin rejiminə riayət etdiyini də diqqətə çatdırıb.

Eldar Quliyev eyni zamanda ölkə başçısı tərəfindən yaşı 65-dən yuxarı şəxslərin əfv olunmasını təqdirəlayiq hal hesab edib:

"Bakı kəndləri adından ölkə rəhbərliyinə təşəkkür edirəm. Bu çox humanist addımdır".

Daha sonra Eldar Quliyev koronavirusla bağlı sosial şəbəkələrdə yayılan xəbərlərə də münasibət bildirib:

"Bir daha insanlarımızı panikaya dusməməyi, yalan məlumatlara inanmamağı tövsiyə edirəm"

Mənbə: modern.az