Millət vəkili 200 ailəyə yardım etdi- Foto

Millət vəkili 200 ailəyə yardım etdi- Foto

Milli Məclisdə Ağdaşı təmsil edən millət vəkili Cavid Osmanov maddi sıxıntı çəkən vətəndaşlara yardım edilməsini təşkil edib.

Bizimyol.info xəbər verir ki, onun təşəbbüsü ilə ahıl və tənha yaşayan 150-dək vətəndaşa xəstəlikdən qorunmaq üçün spirt, quru və duru sabun, salfetka, əlcək, maska və s. daxil olan tibbi ləvazimatlar paylanılaraq, 200 kasıb ailəyə ərzaq yardımı edilib.

Yardım kampaniyasına iş adamı, "1İnci" marketin müdiri Şahin Qəhrəmanov dəstək verib.

İlhamə

Mənbə: www.bizimyol.info