ÜST İlham Əliyev və bütün türk liderlərə təşəkkür etdi

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adanom Qebreyesus Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) liderlərinə təşəkkür edib.

Publika.az xəbər verir ki, Qebreyesus türkdilli dövlətlərin yeni tip koronavirus pandemiyasına qarşı mübarizədə göstərdikləri həmrəylik və yardımlaşmanı təqdir etdiyini bildirib.

Tvitter hesabından açıqlama verən Baş direktor Türk Şurasının "COVID-19 infeksiyasına qarşı mübarizədə əməkdaşlıq və müqavimət" adlı fövqəladə videokonfrans zirvəsinə qatıldığını qeyd edib. O, pandemiya ilə mübarizədə genişmiqyaslı hazırlıq və müdaxilə planları, öz aralarında tibbi ləvazimat və maliyyə dəstəyi təmin edərək birgə mübarizə aparmalarından dolayı iştirakçı ölkələrə minnətdarlığını bildirib: “Kovid-19-un qloballaşmasından bəri Türk Şurası liderləri xəstəxana imkanlarının paylaşılması, tibbi dəstək, humanitar yardım, test kitlərinin tədarükü, kliniki təcrübələrin paylaşılması mövzularında əməkdaşlıq etdi. Liderlərin birlik çağırışı və bu böhranın insanlığı bir yerə toplaması məni cəsarətləndirir. ÜST güclü dəstəyinizə minnətdardır”.

Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü baş tutub.

Zümrüd

 

Publika.az

ƏVVƏLKİ XƏBƏR

Qarabağda koronavirusa görə daha 14 erməni təcrid edildi

SONRAKI XƏBƏR

Prezidentdən əhaliyə ŞAD XƏBƏR — “Digər dövlət dəstəyi mexanizmləri üzərində iş aparılır”