Qarabağda koronavirusa görə daha 14 erməni təcrid edildi

Qarabağda koronavirusa görə daha 14 erməni təcrid edildi

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Dağlıq Qarabağda bu səhər daha 4 nəfər koronavirus üçün test edilib. Nəticələr haqqında məlumatın daha sonra veriləcəyi deyilir.

KONKRET.az xəbər verir ki, bu haqda məlumat erməni mediasında yer alıb.

Mənbə bildirir ki, onlar Ermənistandan yük daşımalarını həyata keçirən şəxslə təmasa görə Əsgəran bölgəsində təcrid edilib.

Yük daşınmasını həyata keçirən şəxs bir neçə saat ərzində Qarabağda olub və bu müddət ərzində şirkətlərdən birinin anbar işçiləri ilə əlaqə saxlayıb.

İndi həmin işçilər təhlükəsizlik səbəbi ilə özlərini izolyasiya edib. Hal hazırda onların sağlamlıq problemləri yoxdur, həkimlərin nəzarəti altındadır.

Epidemiologiya və Gigiyena Mərkəzinin mütəxəssisləri bu ərazini dezinfeksiya etmək üçün bütün lazımi işləri görüblər.

Qarabağa gələn yük maşınının sürücüsündə xəstəliyin əlamətləri yoxdur, ancaq o, Ermənistana qayıtdıqdan sonra təcrid olunub.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az