Erməni müxalifəti Petrosyanı ittiham edir

Erməni müxalifəti Petrosyanı ittiham edir

"Çıxarılan nəticəodur ki, bu iki şəxs dəyişməyib - nə indiki baş nazir Paşinyan, nə də...”
Koronaviruspandemiyasının sürətlə yayıldığı Ermənistanda xəstə sayı minə çatıb. Və əsasproblem, daha çox bu xəstələri harada yerləşdirmək, müalicə vasitələrininçatışmamazlığıdır. Bir tərəfdən də xaricdə ilişib qalan erməniləri ölkəyə gətirməkdəciddi problem yaranıb. Maraqlıdır ki, belə bir durumda Nikol Paşinyan hakimiyyətivə onun əsas dəstəkçiləri problemləri həll etmək əvəzinə, onlara müxalif olanqüvvələri sərt tənqidə keçib. Məsələn, Nikola yaxınlığı ilə seçilən Ermənistanınbirinci prezidenti Levon Ter-Petrosyanın müxalifəti ittiham edən bəyanatı cəmiyyətdəona qarşı nifrət hissinin güclənməsinə səbəb olub. "Nyus.am” yazır ki, həbsdəolan Robert Koçaryanın ofisinin rəhbəri, keçmiş deputat Aqvan Vardanyanbildirib ki, Levon ter-Petrosyan erməni cəmiyyətində növbəti dəfə parçalanmayaratmağa cəhd göstərir. Xatırladıb ki, Petrosyan, ona məxsus "ilur.am”saytında dərc etdiyi məqaləsində ehtiyatsız fikirlər səsləndirib. Həmin məqalədəPetrosyan müxalifəti hakimiyyətə, özünün ifadə etdiyi kimi, arxadan, öndən,havadan, qurudan zərbə vurmaqda günahlandırıb. A.Vardanyan hesab edir ki, bu məqaləNikol Paşinyanın sifarişi ilə yazılıb. "Bəs görəsən Nikol Paşinyanı özündənçıxaran nədir? Petrosyan bildirir ki, Paşinyandan hesabat tələb etmək məsələsiniarxa plana keçirmək lazımdır. Axı bu tələbi kim səsləndirir? Onlar, sadəcə, şoudüzəltməklə məşğuldurlar. İctimai rəyi çaşdırmağa çalışırlar. Petrosyanyazısında bir neçə dəfə "təxribatçılar və arzuolunmaz şəxslər”, "nifrət vəkin-küdurət hissi yayanlar”, "ikinci cəbhə açıblar”, "dövləti xəyanət” və "müxtəlifşəxslərin nəzarəti altında olan kütləvi informasiya vasitələri” ifadələrini sişlədir.Gəlin burda dayanaq. Bir yerdə qeyd edilmir ki, məhz Petrosyan illər uzunu cəmiyyətdəparçalanma və düşmənçilik hisslərini yaymaqla məşğul olub. Bir yerdə qeyd edilmirki, bu son iki ildə onu əhatə edən insanlar KİV vasitəsilə cəmiyyətdə nifrət vədüşmənçilik hisslərini yaymaqla məşğuldurlar. Sonda Levon ter-Petrosyan ümidedir ki, ikinci və üçüncü prezidentlər özlərini dəyanətli və dövlət xadiminəyaraşan formada aparacaqlar. Halbuki, şəxsən onun özü bir dəfə də olsun beləaddım atmayıb. Xalq arasında birləşməni irəi sürərək, özü parçalanma yaradır.Çıxarılan nəticə odur ki, bu iki şəxs dəyişməyib – nə Petrosyan, nə də indikibaş nazir Nikol Paşinyan”, - deyə erməni müxalifət xadimi bildirib.
Xatırladaq ki,Petrosyan müxalifəti "müharibə zamanı xəyanət edənlərlə” eyniləşdirib. O şikayətlənibki, hakimiyyətin bütün sutka boyu gərgin işləməsinə baxmayaraq "dahilərin”, təxribatçılarınvə bədxahların böyük ordusu əllərindəki çoxsaylı KİV-lərlə hakimiyyətə qarşıikinci cəbhə açıb. Ter-Petrosyanın mövqeyinə görə, belələri faydalı məsləhətlərvə konstruktiv təkliflər adı altında, əslində, nifrət və düşmənçilik yayırlar.O hesab edir ki, hökumətin tənqidçiləri, əsasən, kömək eləmək yox, indiki vəziyyətdənistifadə edib siyasi dividendlər qazanmaq məqsədi güdür.
Erməni politoloqQaqik Hambaryan isə hesab edir ki, Nikol Paşinyan bir daha sübut etdi ki,yalnız öz şəxsi maraqlarını düşünəndir və dövlət düşüncə tərzindən məhrumbiridir. Onun sözlərinə görə, 4 saatlıq mətbuat konfransı zamanı baş nazirmülki aviasiya ətrafında baş verən proseslərə toxunaraq bildirdi ki, Ermənistanqeydiyyatlı təyyarələr Afrika ölkələrində silah satışı kimi qanunsuz fəaliyyətdəiştirak edib və bu, böyük ehtimalla, Ermənistanın korrupsiyalaşmış dairələri iləəlaqəli olub. "Maraqlıdır, Paşinyan başa düşmür ki, necə təhlükəli açıqlamalarverir və onun bu sözləri Ermənistan üçün hansı nəticələrə malik ola bilər? Azərbaycanvə Türkiyənin arzusu gerçəkləşib. Ermənistan Paşinyan kimi baş nazirəsahibdir”, - deyə Hambaryan bildirib. Onun ardınca danışan keçmiş baş nazirQrant Baqratyan isə hesab edir ki, Ermənistanda koronavirus sürətli templəyayılır: "Artıq məlumdur ki, Nikol Paşinyan hər hansı qaydada prosesə təsir etməkiqtidarında deyil”.
O qeyd edib ki,Yerevan rüsvayçı vəziyyətdədir, hər şey tərk edilmiş vəziyyətdə buraxılıb."Yayıldıqca yayılır. Epidemiya bir gün pik həddə çatmalı və geri çəkilməlidir.Yayın istiləri kömək edə bilər, lakin ağcaqanad və milçəklər vəziyyəti daha daağırlaşdıra bilər. Tərəfimdən verilmiş zəmanətlər, əslində, nəzərə alınmır”, -deyə Baqratyan bildirib. Müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan isə belədeyir: "Demək olar, bütün ölkələrdəhökumətlər epidemiyanı qüsur və səhvlərlə, hazırlıqsız qarşıladı. Ölkəmizdə isəümumiyyətlə,qeyri-ciddi və açıq-aşkar səhvlərlə”. O qeyd edib ki, hökumət tərkibindəki,üstəlik də, qanunverici orqandakı bugünkü diletantizm yaranmış vəziyyətlə tərsmütənasibdir. "Bizə yenidən ümumerməni peşəkar potensialının toplanması və cəlbolunması lazım olacaq. Ermənistanın iqtisadi, sosial məsuliyyət imkanlarınınqorunması və bərpası son dərəcə zərurətdir. Siyasi mühakimələri və informasiyahücumlarını dayandırmaq lazımdır”, - deyə Zakaryan bildirib. ErmənistanRespublikaçılar Partiyasının mətbuat katibi Eduard Şarmazanov da "facebook"səhifəsində yazıb ki, Paşinyanın itirdiyi "sehirli çubuğa" vəkoronavirusa məğlub olmuş "pintset"ə bu gün daha bir alət qoşuldu. Oqeyd edib ki, dünya koronavirusa qarşı müharibəni davam etdirir, Ermənistanınfaydasız hakimiyyəti isə koronavirusun kiminsə iti olması cəhalətinə sadiqqalaraq, cəmiyyəti mövcud təhlükələrdən yayındırmağa çalışır: "Koronavirusaqarşı mübarizə aparan "pintset" də Paşinyanın itirdiyi sehirliyiçubuğun taleyini yaşadı”.

Azər NURİYEV

 

 

Mənbə: kaspi.az