KİV: Cənubi Koreya ABŞ-la İrana humanitar malların tədarükü məsələsini razılaşdırıb

KİV: Cənubi Koreya ABŞ-la İrana humanitar malların tədarükü məsələsini razılaşdırıb

...Cənubi Koreya şirkətlərinin ABŞ sanksiyalarından yayınmağına imkan verən lisenziyanı Seul Vaşinqtondan alıb

Koreya Respublikası İrana humanitar malların tədarükü məsələsini ABŞ ilə razılaşdırıb və may ayından buna yenidən davam edə bilər.

İnterAz TASS-a istinadla xəbər verir ki, Cənubi Koreya şirkətlərinin ABŞ sanksiyalarından yayınmağına imkan verən lisenziyanı Seul Vaşinqtondan alıb.

"Aprelin 6-da lisenziyaya əsasən humanitar tədarük prosesi başlanıb", "Yonhap" agentliyi Cənubi Koreya Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən yazır.

Məlumatda qeyd edilir ki, müvafiq lisenziya Koreya Respublikasının şirkətləri və maliyyə qurumlarına ABŞ sanksiyalarından yayınmağa imkan yaradacaq.

Mənbə: www.interaztv.com