Əfqanıstan hökuməti 100 Taliban məhbusunu sərbəst buraxıb

Əfqanıstan hökuməti 100 Taliban məhbusunu sərbəst buraxıb

Əfqanıstan hökuməti ABŞ və Taliban arasındakı razılaşmaya əsasən, sülh prosesinin bir hissəsi olaraq 100 Taliban əsirini sərbəst buraxıb. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

Əfqanıstan Milli Təhlükəsizlik Şurasının sözçüsü Cavid Faysal, sərbəst buraxılanların şəxsiyyət araşdırma sistemin keçirilərək bir daha döyüşməyəcəklərini qəbul etdiklərini söyləyib. Məhkumların yaşı, sağlamlıq vəziyyəti və cəza müddətləri qiymətləndirildikdən sonra sərbəst buraxılacağı qeyd edilib.

Faysal Əfqanıstan hökumətinin sülh prosesinin irəliləməsi üçün Talibanla dialoqun qapılarını açıq saxlamağa çalışdığını söyləyib.

Digər tərəfdən, Taliban nümayəndəsi Zabihullah Mujahid, sərbəst buraxılan hərbçilərin məhbus mübadiləsinin bir hissəsi olmadığını bildirib.

Mücahidlər sərbəst buraxılan məhbusların Əfqanıstan hökumətinə özlərinin təqdim etdiyi 5000 nəfərin siyahıda olmadığını vurğulayıb.

Mücahidlər məhbus mübadiləsinin ABŞ ilə əldə edilmiş razılığa əsasən baş tutacağına ümid etdiklərini vurğulayıblar və buna görə də Kabildəki Taliban heyəti geri çəkilib.

Mənbə: sia.az