İspaniya 540 milyardlıq xilas paketini yetərli saymadı

İspaniya 540 milyardlıq xilas paketini yetərli saymadı

İspaniya hökuməti koronavirusun yayılmasına qarşı Avropa İttifaqının (Aİ) razılaşdığı 540 milyard avroluq xilasetmə paketini yetərli hesab etməyib.

Cebhe.info xəbər verir ki, İspaniyanın rəsmi televiziyasına danışan baş nazir müavini Pablo İqlesias bildirib ki, böhrandan çıxmaq üçün Aİ əlində olan bütün vasitələrdən istifadə edərək həmrəylik göstərməlidir: "Fövqəladə vəziyyətdən yalnız həmrəyliklə çıxa bilərik".

Baş nazirin başqa bir müavini, İqtisadi İşlər və Rəqəmsal Dəyişikliklər Naziri Nadia Salvino İspaniya və İtaliyanın Aİ-dən prioritet tələblərindən imtina etməyəcəyini söyləyib.

Qeyd edək ki, dünən Aİ ölkələrinin maliyyə nazirlərinin video konfransla görüşməsindən sonra koronavirusun təsirlərinə qarşı təxminən 540 milyard avro dəyərində iqtisadi paketdə razılaşma əldə olunduğu açıqlanmışdı.

Tünzalə
Cebhe.info

 

 

Mənbə: cebhe.info