Nazirlər iclasa belə qatıldı: 2 dollarlıq mühafizə

Nazirlər iclasa belə qatıldı: 2 dollarlıq mühafizə

Özbəkistan Nazirlər Kabinetinin üzvləri COVİD-19-a qarşı mübarizəyə həsr olunmuş iclasa virus blokatorları ilə qatılıb.

Cebhe.info xbər verir ki, blokatorlar nazirlərin pencəklərinin yaxasına vurulub. Baş nazir Abdulla Apirov, Daxili İşlər naziri Polad Bobocanov, baş nazirin müavini və İqtisadiyyat naziri Cəmşid Kukarov yaxasında blokator daşıyan hökumət rəsmilərindən olub. Bu blokatorlar “Air Doctor” və “Ecom Air Mask” tərəfindən istehsal olunur. Yaponiyada istehsal olunan blokatorların qiyməti 2-6 dollar arasındadır.

Blokatorda xlor natrium və kilsota var. Onlar hava ilə təmasda dioksid xlor əmələ gətirir. Dioksid xlor insanın ətrafında havanı təmizləyir və xəstəliktörədən mikroorqanizmləri zərərsizləşdirir.

Xəzər
Cebhe.info

 

 

Mənbə: cebhe.info