Azərbaycandan Belqradda örnək addım - Foto

Azərbaycandan Belqradda örnək addım - Foto

Azərbaycanın Serbiyadakı səfirliyinin əməkdaşları Belqrad yaxınlığında yerləşən Savski Venas icmasındakı 20 ailəyə humanitar yardım edib.

Axar.az xəbər verir ki, yardım paketlərindəki ərzaq və digər tələbat məhsulları azgəlirli ailələrə səfirliyin əməkdaşları və icma rəhbərliyi tərəfindən paylanıb.

Aksiyada iştirak edən Savski Venas icmasının rəhbəri Milaş Vidoviç yardıma görə dost Azərbaycana dərin təşəkkürünü bildirib, bu addımı yüksək qiymətləndirdiklərini vurğulayıb.

Mənbə: axar.az