Türkiyədə koronavirus qurbanlarının sayı 1006 nəfərə çatdı

Türkiyədə koronavirus qurbanlarının sayı 1006 nəfərə çatdı

Koronavirusa yoluxmuş 2 min 423 nəfər sağaldı.

Türkiyənin Səhiyyə naziri Fahrettin Koca son 24 saatda 4 min 747 nəfərə “COVİD-19” diaqnozunun qoyulduğunu bildirib. Nazir, bu müddət ərzində koronavirusdan ölənlərin sayının 98 olduğunu açıqlayıb.

Koronavirusdan sağalanların sayında da artım var. Bu günə qədər 2 min 423 nəfər “COVİD-19”a qalib gəlib.

Hazırda Türkiyədə 47 mindən çox insan koronavirusa yoluxub. Bu virusdan ölənlərin sayı isə 1006 nəfərə çatıb.

REAL TV-nin Türkiyə bürosu

Mənbə: www.realtv.az