Niyaməddin Orduxanlı Binəqədi icra hakmiyyətinə müraciət etdi - 30 ailəyə ərzaq yardımı olundu

Niyaməddin Orduxanlı Binəqədi icra hakmiyyətinə müraciət etdi - 30 ailəyə ərzaq yardımı olundu

BAXCP sədrinin müavini, Azərbaycan Rspublikasının Prezidentinın yanında QHT Dövlət Dəstəyi Şurasının yanında yardılmış İctimai Qərargahın üzvü , politoloq Niyaməddin Orduxanlının Binəqədi rayonunun icra hakimiyyətinə etdiyi müraciət əsasında rayonda yaşayan, Kəlbəcər rayonunda qacqın düşmüş 30-a yaxın ailəyə ərzaq yardımı olunub.

Bununla bağlı Moderator.az saytına açıqlama verən Orduxanlı bildirib ki, dünən ictami fəail olan Qərənfil Ağalarovanın verdiyi məlumatdan sonra bunun bağlı Binəqədi icra hakimiyyətinin başcısının müavini Vüsal İsmayılova müraciət etdim:

"Dünən Qərənfil xanımın müraciətindən sonra başçının müavini hörmətli Vüsal müəllimə bu barədə məlumat verdim. Qeyd etdim ki, Binəqədi rayonun ərazisində yaşayan 30 yaxın ailənin ərzaq yardımına ehtiyac var. Bundan dərhal sonra icra hakimiyyətinin nümayəndələri Binəqədi rayonun ərazisində yerləşən Dalğa sanatoriyasına gedib araşdırma aparıblar və bəlli olub ki, həqiqətən də bu ailələrin ərzaq ehtiyacı var. Bununda sonra Binəqədi rayon icra hakmiyyətinin başcısı hörmətli Elxan Allahverdiyin tapşırığı ilə Binəqədi rayonun bələdiyyəsinin rəhbərliyi rayonunda yaçayan bir qrup iş adamları ilə birgə bu gün həmin ailələrin hər birinə ərzaq yardımı ediblər. Bütün bunlara görə, ilk öncə icra hakmiyyətinin başcısı hörmıtli Elxan müəllimə və Binəqədi rayonun bəldıiyyəsinə və bu işdə əməyi olan iş adamlarına, hər kəsə dərin minnətdarlığımı bildirirəm! İnsanlıq nümunəsi nümayiş olundu. Çox sağ olsunlar. "

Niyaməddin Orduxanlının fikirincə, bu gün koronavirusa qarşı mübarizədə Azərbaycan dövləti ön sırada gedən dövlətlər arasındadır:

"Bu gün faktiki dünya gözlə görünmüyən düşmənlə müharibə aparmaqdadır. Ən inkişaf etmiş ölkələrdəki vəziyyəti, Avropa ölkələrindəki durumu baxanda insan itkilərinin artan sıra ilə yayıldığının şahidi oluruq. ABŞ-da virusla mübarizədə ağır günlərini yaşayır. Hansı ağır nətcilərlə qarşılaşdığının şahidi oluruq. Ancaq bu gün Azərbaycan dövləti məhz cənab Prezident İlham Əliyevin apardığı çevik və düzgün siyasətinin nəticəsidir ki, virusla mübarizədə çox az itki vermişik. İlk gündən prosesi tam nəzarətinə götürməsi və bu prezidentin yürütdüyü düzgün istiqamətın nəticəsidir. Yüz minlərlə işsiz insanlara birdəfəlik yardım və digər sahələrə də dövlətin qayğısının şahidi oluruq. Prezident bütövlükdə virusla mübarizədə ziyanın aradan qaldırılmasına 3 milyard 500 milyon vəsaitin ayrılması nəzərdə tutulub. Bütün bunlar dövlətin vətəndaşına olan qayğısıdır. Bununla yanaşı hər bir vətəndaşımız bu prosesdə bir vətəndaş olaraq öz tövhəsini verməlidir. İmkanlı şəxslər öz ətrafında olan yaxınlarına dəstəyini nümayiş etdirməlidir. Vəzifəli şəxslər olunan müraciətə dərhal reaksiya verməlidirlər. Vətəndaşla dövlətin vəhdəti saysəsində biz bu mübarizədən də qalıb gələcəyik. Cənab Prezident İlham Əliyevin dediyi kimi, BİZ BİRLİKDƏ GÜCLÜYÜK!

Mənbə: moderator.az