İsrailli tarixçi alim: “Koronavirus siyasi böhrandır”

İsrailli tarixçi alim: “Koronavirus siyasi böhrandır”

İsrail tarixçisi, "Heyvanlardan Tanrılara: İnsan növünün qısa tarixi" kitabının müəllifi Yuval Noah Harari “Covid-19” ilə mübarizədə bugünkü seçimlərin gələcəkdə dünyanı formalaşdırmağa davam edəcəyini açıqlayıb.

Bu pandemiyadan sonra hansı cəmiyyət yaranacaq? Ölkələr yenə də birlik içində hərəkət edəcəklər və ya təcridə dönəcəklər? Vətəndaşları qorumaq və ya sıxışdırmaq üçün polis və nəzarət cihazlarından istifadə ediləcəkmi?

Moderator.az xəbər verir ki, BBC radiosunun suallarını cavablandıran İsrail tarixçisi pandemiyadan sonrakı dövrdə baş verəcək hadisələrdən, koronavirusun dünyaya təsirindən ətraflı bəhs edib. Harari bildirib ki, bu böhran bizi tez bir zamanda böyük qərarlar qəbul etməyə məcbur edir. Ancaq variantlarımız var.

Alim deyib ki, bəlkə də ən vacib iki variant var: “Biz bu böhranı millətçi təcrid, yaxud beynəlxalq əməkdaşlıq, həmrəyliklə aradan qaldıracağıq? Bundan başqa, ayrı-ayrı ölkələr, bütövlükdə, mərkəzləşdirilmiş idarəetmə və nəzarət yolu ilə və ya sosial həmrəylik və vətəndaşların gücləndirilməsi yolu ilə böhranı aradan qaldıracağıq?"

Yuval Noah Harariyə görə, koronavirusun yayılması həm elmi, həm də siyasi müzakirələrə səbəb olub. Bəzi elmi problemlərin həllini tapmağa meyilliyik, ancaq siyasi problemlərə necə cavab verəcəyimiz barədə çox düşünmürük.

İsrailli alimin sözlərinə görə, bu, sağlamlıq böhranından daha çox siyasi bir böhrandır:

"Bəşəriyyətin bu pandemiyanı aradan qaldırmaq üçün ehtiyacı olan hər şeyi var. Biz orta əsrlərdə yaşamırıq. İnsanlar ölür, amma səbəbini və nə edəcəyimizi bilmirik. “Covid-19” hələ müalicə olunmasa da, tədqiqatçılar yeni ixtiralarla vaksinlərin inkişafı üçün vacib addımlar atırlar. Əl yuma və sosial məsafə kimi metodların virusdan qorunmağa və yayılmasının qarşısını almağa kömək edəcəyini bilirik. Bu xəstəliyin öhdəsindən gəlmək üçün texnologiyaya və iqtisadi gücə sahibik. Problem bu gücdən necə istifadə etməkdir. Bu, əslində siyasi problemdir".

“Financial Times” qəzetinə yazdığı məqalədə Harari bildirib ki, fövqəladə vəziyyətlərdə tarixi proses sürətlə davam edir və illərlə düşünülən qərarlar bir gecədə verilir. Sürətlə inkişaf etmiş nəzarət texnologiyaları lazımi tədqiqatlar və ictimai müzakirələr olmadan istifadəyə verilə bilər.

Alim qyed edib ki, İsraildə hökumət təkcə səhiyyə işçilərinin deyil, həm də xüsusi xidmət orqanları işçilərinin yer məlumatlarına girmə gücünü artırıb. Harari bunun Cənubi Koreyada pilot layihə olaraq həyata keçirildiyini, lakin daha şəffaf addımların atıldığını bildirib:

“Dünyanın ən inkişaf etmiş nəzarət funksiyalarına sahib olan Çində karantini pozan vətəndaşları aşkar etmək və cəzalandırmaq üçün üztanıma sistemi tətbiq olunur. Həm sağlamlıq sahəsində, həm də iqtisadi baxımdan güclü və bəzən radikal təcrübələr tətbiq edən hökumətlərin tərəfdarıyam. Ancaq bu, ilk növbədə bütün ictimaiyyəti təmsil edən hökumətlər tərəfindən edilməlidir. Normal dövrlərdə əhalinin 51 faizinin dəstəyi ilə bir ölkəni idarə edə bilərsiniz. Ancaq belə vaxtlarda hər kəsi təmsil etmək məcburiyyətindəsən”.

Hararinin məqaləsində bildirilib ki, son zamanlarda kökumətlərin millətçilik və populizmə qapılması cəmiyyətləri iki düşmən düşərgəyə ayırıb, xaricilərə və digər millətlərə qarşı nifrət oyandırıb. Lakin qlobal səhiyyə problemi bu pandemiyanın sosial qruplar və ya ölkələr arasında fərq qoymadığını göstərdi.

Belə çətinliklərlə qarşılaşanda əməkdaşlıq və münaqişə arasında seçim etməliyik: “Bir çox ölkə özəl olaraq pandemiyaya qarşı tədbir görməyə, tibbi ləvazimatları özəl şirkətlər vasitəsi ilə istehsal etməyə çalışdı. ABŞ maskalar, kimyəvi maddələr və respirator əldə etmək üçün digər ölkələri keçməyə çalışdığına görə xüsusilə tənqid edildi. Zəngin ölkələrin laboratoriyalarında hazırlanmış vaksinlərin yoxsul və inkişaf etməkdə olan ölkələrə lazımi şəkildə verilməməsi ilə bağlı narahatlıqlar var”.

Hararinin sözlərinə görə, əməkdaşlıq hər kəsə imkanlar təqdim edir. Səhər çinli alimlərin öyrətdiyi dərs axşam Tehranda insanların həyatını xilas edə bilər.

Qlobal əməkdaşlığın gücləndirilməsinin "daha rasional" olduğunu vurğulayan Harari bunun məlumat mübadiləsi və xəstəliyə məruz qalan bütün ölkələr arasında insan və maddi qaynaqların ədalətli şəkildə paylanması ilə mümkün olduğunu yazır.

O bildirib ki, təcrid yolu ilə özlərini müdafiə edən insanların son nümunəsini görmək üçün Daş dövrünə yenidən baxmaq lazımdır. Orta əsrlərdə, 14-cü əsrdə vəba epidemiyası. Beləliklə, orta əsrlər sistemi bizi qoruya bilməz.

Harari üstünlüklərimizdən asılı olmayaraq, "sosial heyvanlar" olmağa davam edəcəyimizi və bu xüsusiyyətin dəyişməyəcəyini vurğulayıb: “Virus "insan təbiətinin ən yaxşı xüsusiyyətlərindən istifadə edir".

Hariri bu xüsusiyyətləri "xəstələrə şəfqət hissimiz və onlara yaxın olmaq instinktimiz" olaraq ifadə edir: “Virus bundan bizi yoluxdurmaq üçün istifadə edir. İndi sosial cəhətdən həssas olmalı, emosional olmamalı və sosial təcrid olunmalıyıq. Ancaq sosial heyvanlar olaraq bunu etmək bizim üçün çox çətindir. İnanıram ki, böhran başa çatdıqda insanlar daha çox sosial bağlantılara ehtiyac duyacaqlar. Düşünmürəm ki, bu böhran insan təbiətini kökündən dəyişəcək."

Mənbə: moderator.az