Ərdoğan Consona şəfa diləyib, Türkiyəyə dəvət etdi

Ərdoğan Consona şəfa diləyib, Türkiyəyə dəvət etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyanın Baş Naziri Boris Consona məktub yollayıb.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, koronavirusa yoluxmuş nazirə şəfa diləklərini çatdıran Ərdoğan onu ölkəsinə dəvət edib:

“Əvvəla, müalicənizin bir an əvvəl nəticələnərək səhhətinizin yaxşılaşması üçün ən səmimi diləklərimi çatdırıram .

Bu çətin mərhələdə başda dünyasını dəyişənlərin ailələri və yaxınları olmaqla bütün Britaniya xalqına ölkəm və millətim adımdan başsağlığı verirəm.

Qlobal şəkildə yaşanan bu problemi geridə qoyduqdan sonra vəzifənizin başına qayıdarkən ikitərəfli, səmimi əlaqələrimizi, “Brexit”dən sonrakı dövrdə atılacaq addımları müzakirə etmək üçün Sizi ata yurdunuz olan ölkəmizdə qarşılamaq istəyirik”.

Mənbə: qafqazinfo.az