Putin gec ya tez masaya oturmalı olacaq - Starmer

Putin gec ya tez masaya oturmalı olacaq -

Ukrayna şübhəsiz sülh tərəfdarıdır. Rusiya Prezidenti Vladimir Putin isə atəşkəsi gecikdirməyə çalışır.

Bunu Böyük Britaniyanın Baş naziri Keyr Starmer deyib.

Dünya ölkələrini atəşkəsə çağıran Starmer bildirib ki, dünya hərəkətə keçməlidir:

“Boş söz və şərtləri buraxın. Mesajım aydındır, tez və ya gec Putin masaya oturmalı olacaq”.

Starmer bildirib ki, Putini yenidən hücumdan çəkindirmək üçün ABŞ-ın dəstəyindən başqa alternativ yoxdur:

“ABŞ-la birlikdə hərəkət etmək lazımdır. Biz hər gün ABŞ-la əlaqə saxlayırıq".

Mənbə: axar.az