Tətbiq olunan qadağa başa çatdı

Tətbiq olunan qadağa başa çatdı

COVID-19-a qarşı qabaqlayıcı tədbirlər çərçivəsində Türkiyənin 31 vilayətində tətbiq olunan iki günlük komendant saatı aprelin 13-ü saat 00.00-da başa çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd edilib ki, bu müddət ərzində ölkədə karantin qaydalarını pozan 24 min 88 nəfərə hüquqi və inzibati cəza verilib. Aprelin 13-dən etibarən ölkənin karantin tətbiq olunan vilayətlərində yalnız xüsusi icazəli ictimai obyektlər fəaliyyət göstərəcək. Bu bölgələrin valilikləri tərəfindən vətəndaşlara təlimatlar verilib. Digər bölgələrdə isə xüsusi sosial məsafə qaydaları müəyyən edilib. Ölkə vətəndaşları arasında yaşı 20-dən aşağı və 65-dən yuxarı, eləcə də xronimi xəstəlikləri olanlara şamil olunan qadağalar da qüvvədə qalır.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Mənbə: azertag.az