Ruanda Belçika ilə diplomatik münasibətləri kəsdi

Ruanda Belçika ilə diplomatik münasibətləri kəsdi

Ruanda Belçika ilə diplomatik münasibətlərini kəsmək qərarına gəlib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ruandanın Xarici İşlər Nazirliyi yayıb.

“Bu gün Ruanda hökuməti Belçikanı ölkə ilə diplomatik münasibətləri kəsmək qərarı barədə məlumatlandırıb. Qərar dərhal qüvvəyə minir. Bu addım Belçikanın öz neokolonial illuziyalarını qoruyub saxlamaq cəhdləri ilə əlaqəli amillərin təhlilindən sonra atılıb”, - deyə nazirliyin məlumatında qeyd olunub.

Bununla yanaşı, belçikalı diplomatlara ölkəni tərk etmək üçün 48 saat vaxt verilib.

Mənbə: qafqazinfo.az