Pentaqon ABŞ-nin Almaniyadakı bazalarından yüzlərlə avadanlıq və texnikanı Ermənistandakı poliqonlara köçürmək barədə RT nəşrinin yaydığı xəbərə münasibət bildirib.
Oxu.Az-ın Ermənistan KİV-nə istinadən xəbərinə görə, bu barədə ABŞ Müdafiə Nazirliyindən (Pentaqon) məlumat verilib.
"ABŞ Müdafiə Nazirliyi Ermənistana hərbi texnikanın köçürülməsi ilə bağlı Rusiyanın RT agentliyi tərəfindən dərc edilən məlumatı şərh etmir. ABŞ Ermənistanla münasibətlərini yüksək qiymətləndirir. Müdafiə Nazirliyi əməliyyat təhlükəsizliyi baxımından hərbi texnikanın hərəkəti ilə bağlı şərh vermir", - deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, daha əvvəl RT nəşri araşdırdığı sənədlərə əsasən ABŞ-nin Almaniyadakı bazalarından yüzlərlə avadanlıq və texnikanı Ermənistandakı poliqonlara köçürmək niyyətində olduğu barədə xəbər dərc edib. Məlumata görə, daşınmaların Gürcüstan ərazisindən həyata keçirilməsi planlaşdırılır. Transfer iyulun 16-na nəzərdə tutulub və avqustun 7-dək davam edəcəyi gözlənilir.
Mənbə: oxu.az