Qəzzada atəşkəsin pozulmasının səbəbi açılqandı

Qəzzada atəşkəsin pozulmasının səbəbi açılqandı

"Qəzza zolağında saxlanılan girovların azad edilməsi ilə bağlı danışıqlar dalana dirənib. Məhz bu da İsrail tərəfini anklavda hücumların bərpasına məcbur edib".

Bunu İsrailin xarici işlər naziri Gideon Saar deyib.

"Son iki həftə yarım ərzində atəş açılmadı və girovlar geri qaytarılmadı. Biz dalana dirəndik, İsrail üçün isə bu qəbuledilməzdir. Əgər gözləməyə davam etsəydik, vəziyyət olduğu kimi qalacaqdı. HƏMAS İsraili diz çökdürməyəcək, bu baş verməyəcək", - deyə o bildirib.

Mənbə: yenisabah.az