AKP və CHP millət vəkilləri yenə bir-birinə hücum etdi - VİDEO

AKP və CHP millət vəkilləri yenə bir-birinə hücum etdi -

Məlumat verdiyimiz kimi, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu dünən səhər saatlarında saxlanılıb.

İBB sədrinin saxlanılmasına görə, Türkiyə daxilində çaxnaşma yaranıb, siyasətçilər arasındakı gərginlik isə parlament tribunasına sıçrayıb. Dünən TBMM-də baş verən gərginliyə daha biri əlavə edilib.

Belə ki, bu gün də Türkiyə Böyük Millət Məclisində AKP və CHP millət vəkilləri bir-birinə hücum edib.

AKP Konya millət vəkili Mehmet Baykanın açıqlamalarına görə AKP və CHP qrupları arasında gərginlik yaradıb və mllət vəkilləri əlbəyaxa davaya çıxıblar.

Gülayə Mecid


Mənbə: unikal.az