ABŞ hər biri 5 milyon dollara başa gələn 1000 immiqrasiya “qızıl kartı” sataraq, bir gündə 5 milyard dollar əldə edib.
Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın ticarət naziri Hovard Latnik məlumat verib.
"Dünyada bu kartı ala biləcək 37 milyon insan var. Prezident Tramp hesab edir ki, biz bir milyon sata və 5 trilyon qazana bilərik”, - Latnik bildirib.
Qızıl kartın mənşəyi ilə bağlı sualı cavablandıran nazir deyib ki, bu, Trampın ideyası olub və investor Con Paulsonla görüş zamanı ortaya çıxıb.
Mənbə: axar.az