Sərhədi keçməyə cəhd edən 16 əfqan terrorçu öldürüldü

Sərhədi keçməyə cəhd edən 16 əfqan terrorçu öldürüldü

Pakistan və Əfqanıstan sərhədini keçməyə cəhd edən 16 terrorçu öldürülüb.

Bu barədə Pakistan Silahlı Qüvvələrinin Xidmətlərarası İctimai Əlaqələr departamenti məlumat yayıb.

"Qoşunlarımız döyüşə girdi və sızma cəhdinin qarşısını aldı. Gərgin atışmadan sonra 16 terrorçunun hamısı öldürülüb", - bəyanatda deyilir.

Pakistan həmçinin Əfqanıstanın müvəqqəti hökumətindən onun sərhədində effektiv sərhəd nəzarətini təmin etməyi xahiş edib.

Ağarza Elçinoğlu


Mənbə: unikal.az