İmamoğlunun prezidentliyə namizədliyi irəli sürüldü - Rəsmi

İmamoğlunun prezidentliyə namizədliyi irəli sürüldü -

Türkiyənin Cümhuriyyət Xalq Partiyası (CHP) hazırda həbsdə olan İstanbulun keçmiş bələdiyyə sədri Əkrəm İmamoğlunun prezidentliyə namizədliyini rəsmi şəkildə irəli sürüb.

Bu barədə CHP-nin X hesabında paylaşım edilib.

Qeyd edək ki, dünən Əkrəm İmamoğlunun həbsindən sonra milyonlarla vətəndaş CHP-nin ilkin seçkilərində iştirak edərək prezidentliyə namizədlərini seçiblər.

CHP sədri Özgür Özelin Saraçhanedə açıqladığı məlumata görə, 15 milyona yaxın vətəndaş CHP-nin prezidentliyə namizədi olaraq Əkrəm İmamoğlunu seçib.

Ağarza Elçinoğlu


Mənbə: unikal.az