Rusiya Prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen İni mükafatlandırıb.
Bu barədə Rusiyanın Pxenyandakı səfirliyi məlumat yayıb.
Koreya liderinin Rusiya prezidentinin fərmanı ilə ““Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi” yubiley medalı ilə təltif edildiyi açıqlanıb.
Səfirlik qeyd edib ki, xatirə medalının təqdimetmə mərasimi martın 27-də baş tutub.
Əliyar Xəlil
Mənbə: globalinfo.az