Avropa İttifaqı darvinizm anını yaşayır. Lakin bu, təkamüllə bağlı deyil, tənəzzüllə bağlıdır.
Axar.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban “Faynənşl Tayms”da yayımlanan məqaləyə cavabında bildirib.
"Faynənşl Tayms bir məsələdə haqlıdır: Avropa darvinizm anını yaşayır. Onlar Aİ-ni dinc layihədən hərbi layihəyə çevirmək istəyirlər. Bu təkamül deyil, çürümədir. Bizi cəzalandırmaq istəsələr belə, müqavimət göstərməliyik", - Orban X səhifəsində qeyd edib.
Qeyd edək ki, bir müddət əvvəl Britaniyanın “Faynənşl Tayms” qəzeti Aİ-nin Macarıstana təzyiqi artırmaq niyyətində olduğunu, bu ölkənin xüsusi siyasətinin bütün birliyə zərər verdiyini, bunun üçün ya uyğunlaşacağı, ya da öləcəyi “darvinist anın” gəlib çatdığını yazmışdı.
Mənbə: axar.az