Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi Movses Akopyana qarşı yeni cinayət işi açılıb.
Bu barədə Ermənistan KİV məlumat yayıb.
İttihama görə, Akopyanın səhlənkarlığı nəticəsində 9 il əvvəl Rusiyadan Ermənistana yararsız hərbi texnika gətirilib.
Akopyanla yanaşı, Silahlı Qüvvələrin Raket Qoşunları və Artilleriya Baş İdarəsinin keçmiş rəisi, general-mayor Armen Arutyunyan da ittiham olunur.
Müqaviləni Movses Akopyan imzalayıb. Nəticədə 4,3 milyard dramdan artıq hərbi texnika alınıb.
Mənbə: report.az