ABŞ Prezidenti Donald Tramp misirli həmkarı Əbdülfəttah Sisi ilə telefon danışığı aparıb.
Bu barədə Trampın “Truth Social” sosial şəbəkəsində məlumat verib.
"Misir Prezidenti Sisi ilə telefon danışığım çox yaxşı keçdi", - o yazıb.
Tramp bildirib ki, əsas müzakirə mövzusu Yəməndə husilərə qarşı əldə edilmiş hərbi irəliləyiş və Qəzza zolağı probleminin mümkün həll yolları ilə bağlı olub.
Mənbə: axar.az