Fransa BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək

Fransa BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək

BMT Təhlükəsizlik Şurasına (TŞ) sədrlik Fransaya keçib.

"Report"un ABŞ bürosunun xəbərinə görə, Fransanın BMT-dəki daimi nümayəndəsi səfir Jerome Bonnafont təşkilatınn qərargah binasında Təhlükəsizlik Şurasının aylıq proqramı ilə bağlı mətbuat konfransı keçirib.

O bildirib ki, Yaxın Şərqdə davam edən münaqişə Təhlükəsizlik Şurasının gündəmində olacaq. Eyni zamanda, Yəmən, Sudan, Livyada və Haitidə davam edən qarşıdurmalar və Kolumbiyada təhlükəsizlik məsələlərinin tənzimlənməsi də Şuranın müzakirəsinə təqdim olunacaq.

"Həmçinin, biz Ukrayna və Rusiya arasında davam edən münaqişə ilə bağlı müzakirələr aparacağıq. Təhlükəsizlik Şurasının prezidenti olaraq biz müzakirələr üçün bütün təkliflərə açıq olacağıq. ABŞ, Ukrayna və Rusiya arasında hazırda baş verən hadisələrin düzgün istiqamətə yönəldilməsini təmin etmək vacibdir”,- səfir bildirib.

Mənbə: report.az