Parisdə minlərlə insan küçələrə axışdı

Parisdə minlərlə insan küçələrə axışdı

Parisdə "Milli Birlik" partiyasının parlament fraksiyasının rəhbəri Marin Le Peni dəstəkləmək üçün mitinq keçirilir. Siyasətçiyə hakimiyyət orqanlarına seçilmək qadağan edilib.

"RİA Novosti"yə istinadən xəbər verilir ki, Voban meydanındakı mitinqdə hər yaşda olan insanlar iştirak edirlər.

Bəzi mitinqçilər Fransa Prezidenti Emmanuel Makronun istefasını tələb ediblər.

Le Pen təhlükəsizlik qüvvələrinin müşayiəti ilə avtomobildə mitinqə gəlib. Partiyanın rəhbəri Jordan Bardella Le Penə qarşı məhkəmə qərarını demokratiyaya birbaşa hücum və milyonlarla vətənpərvər fransıza vurulan zərbə kimi qiymətləndirib.

Xatırladaq ki, 31 mart tarixində məhkəmə Le Peni parlament köməkçiləri işində günahkar hesab edib. Ona 4 il həbs cəzası verilib (onlardan 2-i şərti olmaqla) və 5 il müddətinə dövlət vəzifələrinə seçilməsi qadağan edilib.

Mənbə: oxu.az