Rusiya Ermənistanla əməkdaşlığa açıqdır.
Bu barədə Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy İrəvanda jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Moskva erməni tərəfinin hazır olduğu hər şeyə hazırdır: "Sabah və o biri gün mən müxtəlif idarələrin rəhbərləri ilə görüşəcəyəm: Xarici İşlər Nazirliyi, Mədəniyyət Nazirliyi, hökumət nümayəndələri... Biz erməni tərəfinin hazır olduğu hər şeyə hazırıq. Bu, bəlkə də bizim cavabımızdır. Ermənistan ölkəsi nəyə hazırdırsa, biz də buna hazırıq".
Ağarza Elçinoğlu
Mənbə: unikal.az