Keçid dövründə Suriya Prezidenti Əhməd əş-Şara Türkiyəyə səfər edəcək.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Suriya Xarici İşlər Nazirliyi Əhməd əş-Şaranın gələn həftə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Türkiyəyə səfər edəcəyini açıqlayıb.
BƏƏ əş-Şaranın vəzifəyə gəldikdən sonra səfər edəcəyi ikinci körfəz ölkəsi olacaq. O, fevralda Səudiyyə Ərəbistanına səfər edib.
Mənbə: axar.az