Vaşinqton hesab edir ki, ticarət mübahisəsində “top Çin tərəfindədir”

Vaşinqton hesab edir ki, ticarət mübahisəsində “top Çin tərəfindədir”

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, ABŞ-la Çin arasında gedən ticarət mübahisəsində “top Çin tərəfindədir”.

Bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt brifinqdə məlumat verib.

“Top artıq Çin tərəfindədir. Çin bizimlə razılaşma imzalamalıdır. Biz onlarla razılaşmağa məcbur deyilik”, – Ağ Ev rəsmisi qeyd edib.

Onun sözlərinə görə, Tramp Çin və başqa ölkələr arasında fərq qoymur. O, Pekinlə razılaşma üçün açıqdır, lakin Çin ABŞ-la razılaşma imzalamalıdır”, – deyə Levitt əlavə edib.

Mənbə: apa.az