“Heç kim Ukraynaya söz verməyib ki, Alyansa üzvlük sülh sazişinin tərkib hissəsi olacaq”.
“Qafqazinfo” UNIAN-a istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte deyib.
“Ukraynanın NATO-ya gedən yolu dönməzdir. Lakin heç kim Ukraynaya NATO üzvlüyünün müqavilənin bir hissəsi olacağına söz verməyib. Ancaq Ukraynanın üzvlüyünə gəlincə, qərarlar Vaşinqton sammitində verilir”, - o bildirib.
Eyni zamanda, Rutte qeyd edib ki, Ukraynanın Alyansa üzvlüyü məsələsi gündəmdə qalır və qalacaq.
Mənbə: qafqazinfo.az