Gürcüstan Azərbaycan və Ermənistan arasında sülh sazişi mətninin razılaşdırılmasını alqışlayır.
Bunu Gürcüstan Prezidenti Mixail Kavelaşvili Azərbaycanın Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında deyib.
M.Kavelaşvili sülh sazişinin yaxın zamanda imzalanacağına ümid etdiyini bildirib.
"İnanırıq ki, yaxın zamanda sülh sazişi imzalanacaq. Bir daha Gürcüstanın sülh prosesinə öz töhfəsini verməyə hazır olduğunu bəyan edirəm", - Gürcüstan Prezidenti əlavə edib.
Mənbə: report.az