Araqçının Moskvaya səfər tarixi açıqlandı

Araqçının Moskvaya səfər tarixi açıqlandı

İranın xarici işlər naziri Abbas Araqçının Rusiyaya rəsmi səfərinin tarixi açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı İranın Moskvadakı səfiri Kazem Cəlali öz “X” hesabında açıqlayıb.

Bildirilib ki, Araqçının səfəri aprelin 17-də baş tutacaq.

Onun sözlərinə görə, İranın XİN rəhbəri Moskvada yüksəkvəzifəli rəsmilərlə danışıqlar aparacaq.

Xatırladaq ki, bundan əvvəl, İran XİN-in rəsmi nümayəndəsi Esmail Baqai Araqçının bu həftə sonu Rusiyaya yollanacağını qeyd etmişdi.

Mənbə: qafqazinfo.az