İsrail 2025-ci ilin mayında İranın nüvə obyektlərinə zərbələr endirməyi planlaşdırırdı, lakin ABŞ Prezidenti Donald Trampın bu addımı dəstəkləmədiyi üçün plandan imtina edildi.
Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” öz mənbələrinə istinadən məlumat yayıb.
“İsrail ABŞ-ın hücumun hazırlanmasında fəal iştirakına və Təl-Əvivi İranın mümkün cavab zərbəsindən müdafiə edəcəyinə əmin idi. Hücumun məqsədi Tehranın nüvə silahı hazırlamaq səylərini ən azı bir il iflic etmək idi. Tramp İranla fikir ayrılıqlarının diplomatik yolla həlli istiqamətində kurs tutub və aprelin əvvəlində Vaşinqton İsrailə İrana qarşı hərbi əməliyyatı dəstəkləməyəcəyi barədə məlumat verib”, - mənbə bildirib.
Mənbə: axar.az