Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Mübariz Hüseynovun qalıqları Bakıda dəfn olunub.
APA-ya istinadən xəbər verilir ki, şəhidin qalıqları Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Qeyd edək ki, Hüseynov Mübariz Sabəddin oğlu 1970-ci ildə Ermənistanın Kalinino rayonunun Qızıl Şəfəq kəndində anadan olub. 1993-cü idlə Cəbrayıl şəhərində itkin düşüb.



Mənbə: qafqazinfo.az