Pezeşkian ABŞ-da təhsil alan gənci nazir təyin edir

Pezeşkian ABŞ-da təhsil alan gənci nazir təyin edir

İranda istefaya göndərilən iqtisadiyyat naziri Əbdülnasir Himmətinin yerinə Seyid Əli Mədənizadə təyin olunacaq.

Bu barədə Təbrizin “Azərəncümən” nəşri məlumat yayıb.

Məlumata görə, Məsud Pezeşkian etimad səsverməsi üçün Mədənizadəni parlamentə təqdim edəcək.

Gənc iqtisadçılardan olan Seyid Əli Mədənizadə Tehranda anadan olub və hazırda Şərif Texnologiya Universitetinin müəllimidir.

2000-ci ildə Ümumdünya Riyaziyyat Olimpiadasında bürünc medal qazanan Mədənizadə elektrik mühəndisliyi üzrə bakalavr və magistr dərəcələrini Şərif Texnologiya Universitetində, hesablama riyaziyyatı üzrə magistr dərəcəsini ABŞ-ın Stanford Universitetində və PhD dərəcəsini Çikaqo Universitetində alıb.

Mənbə: axar.az